Fransanın PSJ klubu İspaniya yığmasının və “Barselona”nın futbolçusu Lamin Yamalı heyətinə qatmaq istəyir. yaxından maraqlanır.
Sport1.az xəbər verir ki, bu barədə "El Nacional” məlumat yayıb.
Paris təmsilçisi 17 yaşlı vingerə Kataloniya klubu ilə yeni müqavilə bağlamamaq üçün təzyiq göstərir.
Parislilərin planı Laminə hazırda “Real Madrid”də çıxış edən ulduz forvard Kilian Mbappe ilə eyni maliyyə şərtləri olan müqavilə təklif etməkdir .
Fransa klubu gənc ispaniyalını bu göstəricidə klubun rekordçusuna çevirməyə hazırdır.
Yada salaq ki, Yamalın 18 yaşı tamam olanda “Barselona” ilə müqaviləsini yaxşılaşdırılmış şərtlərlə uzadacağı barədə xəbərlər yayılıb. Yarımmüdafiəçinin katalonlarla rəsmi anlaşması 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Sport1.az