"Real"ın baş məşqçisi Karlo Ançelotti növbəti dəfə Braziliya millisindən təklif alıb.
Sport1.az xəbər verir ki, Braziliya Futbol Federasiyası DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra yenidən italyan mütəxəssislə əlaqə saxlayıb.
Təcrübəli çalışdırıcıya DÇ-2026-da “pentakampeonlar”a rəhbərlik etmək təklif olunub.
Ançelotti budəfəki təklifə “yox” demədiyi müəyyənləşib. Sadəcə, “Real”ın baş məşqçisi danışıqları bu il keçiriləcək Klublararası Dünya Çempionatından sonra davam etdirməyi istəyib.
Sport1.az