İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş UEFA Avropa Liqasının tarixinə düşüb.
Sport1.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi buna "Real Sosyedad"a qalib gəldikləri (4:1) 1/8 final mərhələsinin cavab oyununda nail olub.
Fernandeş görüşdə het-trik edib. O, qol+pas sistemində 41 xalla (24 qol, 17 assist) Avropa Liqası tarixindəki ən yaxşı göstəriciyə malikdir.
Sport1.az