Yurgen Klopp İspaniyanın "Real" komandasının baş məşqçisi ola bilər.Sport1.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Onun məşqçilik fəaliyyətini yaxında bərpa edə biləcəyi yazılıb.
Alman mütəxəssis Madrid təmsilçisində hazırkı baş məşqçi Karlo Ançelottinin ideal varisi hesab olunur. Çünki Yurgen Klopp ulduzlarla işləməyi və gəncləri inkişaf etdirməyin yollarını bilir.
Mütəxəssis işə başlamağa tələsmir. Lakin "Real"dan gələcək təklifin onun fikrini dəyişəcəyinə inanılır.
Klopp 2015-2024-cü illərdə "Liverpul"a baş məşqçilik edib. O, hazırda "Red Bull"da futbol bölməsinin rəhbəridir.
Sport1.az