"Fənərbağça" Avropa Liqasının pley-offunda "Anderlext"lə 2:2 hesablı nəticə əldə etdi. Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi bu hesabla 1/8 finala vəsiqə qazandı.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo rekorda imza atıb. Portuqaliya Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında 31-ci dəfə mərhələ keçməyi bacarıb. Mourinyo ilə eyni göstəriciyə sahib tək mütəxəssis Karlo Ançelottidir.
Qeyd edək ki, Joze Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasını qazanan yeganə məşqçidir.
Sport1.az