Nüfuzlu Britaniya portalı "Give Me Sport" Çempionlar Liqası tarixinin ən yaxşı qapıçılarını sıralayan reytinqi açıqlayıb.Sport1.az xəbər verir ki, reytinqə karyerası ərzində "Bavariya" ilə turnirdə iki dəfə çempion olmuş Manuel Noyer başçılıq edir.
Onun ardınca dörd dəfə Avropanın ən nüfuzlu klub turnirində qalib gəlmiş "Real" əfsanəsi İker Kasilyas qərarlaşıb.
Üçüncü pillədə isə keçmiş "Mançester Yunayted" qapıçısı Edvin van der Sar yer alıb.
Dördüncü pilləni "Çelsi"nin sabiq qapıçısı Petr Çex tutub, "Yuventus"un canlı əfsanəsi, italiyalı Canluici Buffon isə beşinci sırada qərarlaşıb. Altıncı yer "Barselona"dan Viktor Valdesə məxsusdur.
Daha sonra siyahıda Keylor Navas, Oliver Kan, Dida, Tibo Kurtua və Alisson Bekker yer alıblar.
Sport1.az