İspaniyalı baş məşqçi Xosep Qvardiolanın İngiltərənin "Mançester Siti" komandasından ayrılması gündəmdədir.
Sport1.az xəbər verir ki, bu barədə “E-notices” nəşri məlumat yayıb.
İddiaya görə, son ölkə çempionu yeni baş məşqçi axtarışına da start verib. İngiltərə klubunun rəhbərliyinin “Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqasın namizədliyi ilə bağlı qərar verdiyi iddia olunur.
Hazırda İtaliyanın “Komo” klubunu çalışdıran Fabreqasın mövsümün sonunda “Mançester Siti”yə keçəcəyi bildirilir.
Qeyd edək ki, uğursuz mövsüm keçirən “Mançester Siti” Premyer Liqada 5-ci yerdədir.
Sport1.az