"Vulverhempton"un hücumçusu Mateus Kunya Premyer Liqada klubunu dəyişə bilər.
Sport1.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Yunayted" Kunya üçün yayda onun klubuna təklif göndərəcək. "Mançester Yunayted" 25 yaşlı forvard üçün 80 milyon avro ödəməyə hazırdır. Futbolçu ilə "Arsenal" da yaxından maraqlanır.
Sport1.az