Salifu Suma karyerasını Rusiyada davam etdirə bilər.Sport1.az xəbər verir ki, "Zirə"nin üzvü ilə "Lokomotiv" yaxından maraqlanır. Moskva təmsilçisi 22 yaşlı forvard üçün 800 min avro ödəməyə hazırdır.
Məlumatı “AfricaFoot” nəşri yayıb. Tərəflər tezliklə rəsmi danışıqlara başlayacaqlar.
Qeyd edək ki, Salifu Suma bu mövsüm "Zirə"nin heyətində 31 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Sport1.az