Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Liverpul"un kapitanı Vircil van Deykı heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, bu barədə məlumatı "L'Equipe" nəşri məlumat yayıb.
Niderlandlı futbolçuya 20 milyon avroluq maaş təklif edilib. Müdafiəçi hələlik karyerası ilə bağlı yekun qərarını verməyib. O, Premyer Liqa çempionluğunu düşünür.
Vircil van Deykin klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi Premyer Liqanın cari mövsümündə "Liverpul"un heyətində 29 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 9 oyunda bir qol vurub.
Sport1.az