Belçika millisinin futbolçusu Kevin De Brüyne mövsümün sonuncu İngilətərənin "Mançester Siti" klubundan ayrılacaq. Sport1.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçinin karyerasını ABŞ-də davam etdirəcəyi gözlənilir.
De Brüyne "San Dieqo" ilə danışıqlara başlayıb. Futbolçunun yeni mövsümə MLS-də başlayacağı bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Kevin De Brüyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az