Argentina millisinin və İtaliyanın "Roma" klubunun futbolçusu Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.
Sport1.az "El Nacional"a istinadən xəbər verir ki, "Atletiko" hücumçu ilə maraqlanır.
Madrid təmsilçisi Antuan Qrizmannın yayda MLS-ə transfer oluna biləcəyini nəzərə alaraq, onu əvəzləmək üçün Dibalanı hədəfə alıb.
Sport1.az