İtaliyanın "Milan" klubu müdafiəçisi Teo Ernandesə yeni sözləşmə təklif etməyəcək.Sport1.az xəbər verir ki, xəbər verir ki, bu barədə İtaliyanın La Gazetta dello Sport nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun Milan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. "Rossoneyerilər" yayda fransalı futbolçu gələcək təklifləri dəyərləndirəcəklər. Teonun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Ernandes 2018-ci ildən "Milan"ın formasını geyinir. O, komandanın heyətində 252 oyunda 33 qol vurub, 44 ötürmə verib.
Sport1.az