İngiltərənin "Mançester Yunayted" klubu yayda heyətdə böyük dəyişikliklər etməyi planlaşdırır.Sport1.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Premyer Liqada uğursuz mövsüm keçirən "qırmızı şeytanlar" yeni transferlərə büdcə yaratmaq üçün bir neçə futbolçusunu satacaq.
Kazemiro, Meyson Maunt, Kristian Eriksen, Rasmus Hoylun, Conni Evans, Tom Heaton və Viktor Lindelöf baş məşqçi Ruben Amorimin planlarına daxil deyil. Bundan başqa, "Mançester Yunayted" hazırda icarəyə olan Antoni, Ceydon Sanço və Markus Reşford da satışa çıxarılacaq.
Sport1.az