İngiltərənin "Aston Villa" klubunun futbolçusu Doniel Malen Premyer Liqada klubu dəyişmək istəyir. Sport1.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Tottenhem" 26 yaşlı oyunçu üçün hərəkətə keçib.
Artıq London təmsilçisi Niderland millisinin üzvünə görə komandası ilə razılıq əldə edib. Yayda transferin reallaşacağı gözlənilir.
Malen PSV, "Borussiya"da oynadıqdan sonra "Aston Villa"ya keçib.
Sport1.az