İngiltərənin "Arsenal" klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir. Sport1.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
"Arsenal" "Liverpul"un uruqvaylı forvardı Darvin Nuneslə maraqlanır. Mersisayd təmsilçisi oyunçunun effektsiz olmasını əsas götürərək ona ümid bəsləmir.
"Topçular"ın baş məşqçisi Mikel Arteta isə Nunyesi sərəncamında görmək istəyir.
Uruqvaylının “Liverpul”la hazırkı müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Xatırladaq ki, bu mövsüm Nunyes Premyer Liqada 23 matçda cəmi 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Sport1.az