İngiltərənin "Nyukasl" klubunun futbolçusu Aleksander İsakın yayda hansı komandaya keçəcəyi dəqiqləşib.
Sport1.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
İsveçli hücumçu karyerasını İngiltərənin digər klubu "Arsenal"da davam etdirəcək.
"Sağsağanlar" İsakın transferində heç bir kluba güzəşt etmək fikrində deyil. Məhz bu səbəbdən böyük ehtimalla "topçular" İsakı "rənglərinə bağlamaq" üçün klub tarixində rekord təzminat ödəyəcək. "Liverpul"un da isveçli futbolçunun xidmətində maraqlı olduğu söylənilir.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.
Sport1.az