Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Sport1.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rusiyanın ÇSKA (Moskva) komandasında çıxış edən yarımmüdafiəçisi Abbosbek Fayzullaevlə maraqlanır.
"Sarı-qırmızılar" özbək oyunçu üçün qarşı tərəfə rəsmi təklif göndərib. “Qalatasaray” rəhbərliyi 21 yaşlı onun keçidini yayda həyata keçirmək niyyətindədir.
Qeyd edək ki, ÇSKA-ya 2023-cü ildə “Paxtakor”dan transfer olunan Fayzullaevin hazırkı klubu ilə 2026-cı il yayına qədər müqaviləsi var.
Sport1.az