Hazırda Misli Premyer Liqasında iki belaruslu futbolçu çıxış edir ki, onlardan biri “Neftçi”nin hücumçusu Yeqor Boqomolskidir.24 yaşlı forvard hətta 2022-ci ildə Belarus millisinin heyətində 6 oyunda iştirak edib.
O, UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə keçirilən Azərbaycan – Belarus (2:0) qarşılaşmasının da iştirakçılarından olub.
Sport1.az xəbər verir ki, Boqomolski bu gün baş tutacaq oyunla bağlı AFFA-nın mətbuat xidmətinə müsahibə verib.
-
Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə məlumatı eşidəndə hansı hissləri keçirdiniz?- Belarus və Azərbaycan milliləri arasında yoldaşlıq oyununun olacağını öyrəndikdə sevindim. Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq.
-
Minsk “Dinamo”su bu mövsüm UEFA Konfrans Liqasındakı ev oyunlarını Sumqayıtda keçirdi. Bu amil Belarus yığmasına kömək edə bilər?- Sizinlə razıyam. Millimizdə “Dinamo”dan çoxlu futbolçular olur. Onlar artıq Azərbaycanı tanıyırlar. Yəqin ki, bu, komandaya nisbətən kömək edəcək.
-
Artıq 3 ilə yaxındır ki, Azərbaycandasınız. Oyunöncəsi millidəki komanda yoldaşlarınıza hansısa məsləhətləriniz olacaq?- Yığmada kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə ki, onlara hansısa kömək lazım olsa, bunu edəcəyəm.
-
Bir hücumçu olaraq Azərbaycan millisində ən çox çəkindiyiniz müdafiəçi kimdir?- Elvin Cəfərquliyev və Bəhlul Mustafazadəni xüsusi vurğulamaq istərdim.
-
Sizcə, Azərbaycan millisinin üstün və zəif cəhətləri nələrdir?- Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var.
-
Belarus millisinə 2023-cü ildən Karlos Alos baş məşqçilik edir. İspaniyalı mütəxəssis komandada nələrisə dəyişə bilib?- Komandamızın nəticələri yaxşılaşıb. Təbii ki, buna görə baş məşqçi də tərifə layiqdir.
-
Həm Belarus, həm də Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Yoldaşlıq oyununun seçmə mərhələyə hazırlıq zamanı nə kimi faydaları olacaq?- Komandalarımız təxminən bərabər gücdədirlər. Ona görə də bu oyun hər iki millinin seçmə mərhələyə hazırlığına xeyir verəcək.
Sport1.az