Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda AFFA U-13 Liqasında keçirilən "Araz Bakı"- "Binə" oyununda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Araz Bakı UFK komandasının heyətində N7 futbolçu Camal Fərruxlu qarşılaşmanın 29-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalansın (maddə 43.1).
Qarşılaşmanın 29-cu dəqiqəsində Araz Bakı UFK komandasının köməkçi məşqçisi Ramin Fərruxlu meydana daxil olaraq hakimə fiziki təzyiq göstərdiyinə və qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 7 oyun cəzalansın (maddə 40.9, 40.11).
Sport1.az