"İnter"in keçmiş üzvü Hernanes 40 yaşına qədəm qoymasına baxmayaraq, hələ də futbolçu karyerasına son qoymayıb.Sport1.az xəbər verir ki, o, həvəskar liqada hakimi təhqir etdiyinə görə 8 oyunluq diskvalifikasiya olunub. Yarımmüdafiəçi İtaliyanın 7-ci Liqasında çıxış edən "ASD Sale"də çıxış edir.
Hernanes son turda komandasının evdə "Spinettese" üzərində 2:1 hesablı məğlub etdiyi matçda penalti epizoduna görə hakimlə sərt mübahisə edib. Referi ona sarı vərəqə göstərmək istədiyi anda futbolçu hakimin qoluna vurub və nəticədə "kartlar" yerə düşüb. Komanda yoldaşları onu meydandan güclə çıxarıb.
Tamamilə özündən çıxan Hernanes hakimi təhqir etməyə davam edib.
"Peyğəmbər" ləqəbli oyunçunun “son dərəcə hörmətsiz davranış"ını bağışlamayıblar.
Qeyd edək ki, Hernanes peşəkar karyerası ərzində "İnter", "Yuventus", "Latsio", "Sao Paulo" kimi klublarda çıxış edib.
Sport1.az