Azərbaycan samboçusu Ramil Vəliyev cəzası məlum olub.Sport1.az xəbər verir ki, bu barədə qərarı WADA verib.
Qurum döyüş samboçusunu 5 il müddətinə diskvalifikasiya edib. Buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
2022-ci ilin sentyabrında Avropa Çempionatı zamanı verdiyi testdə qadağan olunmuş maddə tapılan Vəliyevin cəzası həmin il oktyabrın 28-dən hesablanır. O, 2027-ci ilin oktyabrın 27-də yarışlara qayıda biləcək.
Sport1.az