Dünən Çempionlar Liqasının lI təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Şelburn"u 1:0 hesabla məğlub edərək növbəti mərhələyə yüksəldi.
Ağdamlılar baxımlı oyun sərgilədi? Komanda bu oyunla Çempionlar Liqasında uğur qazana biləcək? Sualları Elgiz Kərəmliyə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Həmişəki kimi yenə xalqımızı sevindirirlər. Oyuna gəlincə, komandamızın avrokubok təcrübəsi nəzərə çarpırdı. Bunun nəticəsində hər iki oyunda irlandlardan üstün oynayaraq qələbə qazandılar. Qarşılaşmalarda ağdamlıların cəbhəsindəki yeni oyunçuları da iş başında gördük. Onlar hələlik tam istədikləri oyun tempində deyillər. Buna baxmayaraq, yeni transferlər zamanla "Qarabağ"ın oyun tərzinə uyğunlaşacaqlar. "Köhlən atlar"ın növbəti mərhələdəki rəqibi "Şkendiya"dır. Şimali Makedoniya təmsilçisi güclü Rumıniya klubunu yenməsinə baxmayaraq onları "Qarabağ" üçün böyük təhlükə hesab etmirəm. Qurban Qurbanovun komandası artıq böyük klublarla başabaş oynayan bir klubdur. Ağdamlıların ən azı Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaqlarına şübhəm yoxdur".
MİRZƏ S.
Sport1.az