Çempionlar Liqası / Manşet
17:03
30.07.2025
45
Bu gün “Qarabağ” doğma divarlar arasında ÇL II təsnifat mərhələsi çərçivəsinin cavab görüşündə “Şelburn”u qonaq edəcək. İlk oyunda 3:0 hesabıyla qalib gələn “köhlən atlar”ın cavab görüşündə işi asan olacaq?
Sualı Rəşad Sadiqova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“İrlandiya səfərində “Qarabağ” həm yaxşı oynadı, həm böyükhesablı qələbə qazandı. Təbii ki, “Şelburn” ikinci yarıda təmsilçimizə qarşı aqressiv oynayaraq güclü pressinq tətbiq etdi. Meydan sahibləri müdafiədə boşluqlar versə də, hücum xəttində pis çıxış etmədi. Qurban Qurbanovun komandası üçün 3:0 hesablı səfər qələbələsi üstün nəticədir. Amma cavab matçı üçün işlərinin asan və ya çətin olacağını demək çətindir. “Şelburn”un itirəcək heç nəyi yoxdur. Bu səbəbdən də hücum futboluna üstünlük verəcəklər. “Qarabağ” isə evdə məğlub olmamaq, azarkeşlərini sevindirmək və sürprizə imkan verməmək üçün çalışacaq. Maraqlı qarşılaşma olacaq”.
MİRZƏ S.
Sport1.az