Manşet / Çempionlar Liqası
16:23
23.07.2025
110
Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxır. "Köhlən atlar" II təsnifat mərhələsində səfərdə "Şelburn"la qarşılaşacaq. Ağdamlılar bu görüşdə qələbə qazana biləcəklər? İrlandlar "Qarabağ"a çətinlik yaradacaq komandadır? Suallarımızı Füzuli Məmmədova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Bu gün çempionumuz bir nömrəli klub turnirində mübarizəyə qoşulur. "Qarabağ"in heyətində dəyişiklik olsa da, komandanın özəyi sabitdir. Onsuz da komanda bütün dəyişiklikləri ağılla edir. Çempionlar Liqasında zəif rəqib olmur. İrlandiya təmsilçiləri də həmişə xarakter göstərməyi bacarırlar. Ola bilər ki, təmsilçimiz ilk görüşdə istədiyi hər şeyi meydanda qoya bilməsin. Rəqib doğma meydan amilindən istifadə edərək tam gücü ilə müqavimət göstərəcək. Bu günün favoriti "Qarabağ"dir. Təmsilçimiz iki oyundan sonra sevinən tərəf olacaq. Təbii ki, irəlidə Qurban Qurbanovun komandasını daha çətin rəqiblər gözləyir. Buna rəğmən, ağdamlıların oyundan-oyuna yaxşı çıxış edəcəklərinə inanıram". MİRZƏ S.
Sport1.az