Çempionlar Liqası / Manşet
16:37
23.07.2025
138
Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxır. "Köhlən atlar" II təsnifat mərhələsində səfərdə "Şelburn"la qarşılaşacaq. Ağdamlılar bu görüşdə qələbə qazana biləcəklər? İrlandlar "Qarabağ"a çətinlik yaradacaq komandadır? Suallarımızı Adil Mahmudova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Qarabağ" beynəlxalq turnirlərdə güclü rəqiblərlə baş ağrısı olan, sözünü demiş klubdur. Ağdam təmsilçisinin yetəri qədər təcrübəsi var. Odur ki, bütün rəqibləri təmsilçimizi son dərəcə ciddi rəqib hesab edir, onlara qarşı xüsusi motivasiya ilə oynayırlar. Ağdamlıların heyətində yeni transferlər olsa da, düşünürəm ki, onlar artıq uyğunlaşma prossesini böyük ölçüdə arxada qoyublar. "Qarabağ"a gələn hər bir futbolçu adaptasiyada çox əziyyət çəkmir. Bu gün yeni transferləri də iş başında görəcəyik. Cütün favoriti "Qarabağ"dır. Buna rəğmən irlandlar da diş göstərəcəklər. Qurban Qurbanovun komandası bu qarşılaşmada məğlub olmayacaq. Klubumuz ya qalib gələcək, ya da 90 dəqiqəni sülhlə bitirəcək. İstənilən halda cavab görüşündə "Qarabağ"ın qələbəsi şübhəsizdir". MİRZƏ S.
Sport1.az