Çempionlar Liqası / Manşet
18:47
20.06.2025
466
Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”ın potensial rəqibi bəlli olub.Turnirə II təsnifat mərhələsindən başlayacaq Ağdam təmsilçisi “Şelburn” – “Linfild” cütünün qalibi ilə qarşılaşacaq.
Görəsən, bu rəqiblər "köhlən atlar"a probıem yarada bilər? "Qarabağ" adı çəkilən komandaları məğlub edəcək gücdədir? Suallarımızı Rüfət Quliyevə ünvanladıq.
Mütəcəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Qarabağ”da hazırda bir neçə aparıcı futbolçu ilə yollarını ayırıb. Komandada yeni heyət qurulacağı gözlənilir. Buna rəğmən, Çempionlar Liqasındakı ilk oyunda “süvarilər”in sensasiyaya yol verəcəklərinə inanmıram. Həm avrokubok təcrübəsi, həm də səviyyə baxımından Qurban Qurbanovun komandası “Şelburn” – “Linfild” cütündən üstündür. Ağdamlılar bu mübarizənin qalibi olacaqlar. Amma sonrakı mərhələlər “Qarabağ” üçün çətin olacaq. Təmsilçimiz transferləri maksimum tez edərək həm heyəti formalaşdırmalı, həm adaptasiya prosesinin tamamlamalıdır”. MİRZƏ S
Sport1.az