18:28 28.07.2025 33

"Hücumçu almaq istəyirik" - "Qarabağ"ın prezidenti

“Qarabağ”ın prezidenti Tahir Gözel Ağdam klubunun Çempionlar Liqasında 2025-2026-cı illər mövsümündəki ilk ev oyunu ərəfəsində açıqlama verib.

Sport1.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında ÇL-in 2-ci təsnifat mərhələsinin “Şelburn”la İrlandiyadakı ilk matçı (3:0) haqda, Bakıda keçiriləcək cavab görüşündən gözləntiləri və transfer planları barədə fikirlərini bölüşüb:

“Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə 2-ci təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir. Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm.

Komandamızın qələbə əzminə inamım sonsuzdur. "Qarabağ" cavab oyununa da ciddi hazırlaşır. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlərimiz önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağımızı istəyirəm. Azarkeşlərimizi bu qarşılaşmanı stadiondan izləməyə, komandamızı dəstəkləməyə çağırıram. Komandamız onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. “Şelburn” hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komandamız cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək”.

Klub rəhbəri transferlərə də toxunub: “Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram. Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:23

Premyer Liqa klubu afrikalı müdafiəçi ilə maraqlanır - ÖZƏL

00:12

Velko Milosavleviç Premyer Liqaya keçə bilər

23:44

“Arzum karyeramı “Real”da bitirməkdir”

23:26

"Arsenal"dan Saliba qərarı

23:14

Bednarek Portuqaliyaya transfer oluna bilər

22:51

Yalkuye Fransaya dönə bilər

22:27

Lirolaya İtaliyadan təklif gəlib

22:08

Kalvert-Lyuin azad 4 klubun radarındadır

21:49

İdrissa Qeyd "Liverpul"un diqqətində

21:36

Antoniyə həm Avropa, həm də Asiyadan maraq var

21:13

"Flamenqo" Xorxe Karraskalı heyətinə qatmaq istəyir

20:54

N'Kudu Super Liqaya qayıda bilər

20:49

Rüstəm Əhmədzadənin yeni klubu açıqlandı

20:37

"Vulverhempton" braziliyalı forvard üçün hərəkətə keçdi

20:13

Otavio üçün yeni ünvan

19:53

"Lill" Lyuka Şevalye ilə yollarını ayıra bilər

19:23

"Karvan" "İmişli" ilə qarşılaşacaq

19:08

"Beşiktaş"ın futbolçusu "Dinamo"ya keçdi - RƏSMİ

18:41

"Səbail" qapıçı transfer etdi

18:28

"Hücumçu almaq istəyirik" - "Qarabağ"ın prezidenti

18:07

"Sumqayıt"dan Gürcüstana

17:47

Con Lukumi üçün transfer yarışı başlayıb

17:34

Konsert keçirtmək olar, amma... - YAZI

17:26

Ris Nelson “Fulxem”ə qayıda bilər

17:08

Zakariya Abuxlyal “Torino”ya keçə bilər

16:49

Adam Aznu “Everton”un hədəfində

16:36

Elmar Baxşıyevin köməkçiləri ilə bağlı yeni qərar

16:11

"Anderlext"dən "Araz-Naxçıvan"a

15:57

Toma Lemarın “Atletiko” macərası başa çata bilər

15:42

Riznik Premyer Liqaya köç edə bilər

15:21

Nazon “Kayserispor”dan ayrılmağa hazırlaşır

14:56

"Çelsi"nin qapıçısı Fransa çempionatında

14:34

"Kəpəz"də ayrılıq

14:09

"Zirə" Sumanı İsveç klubuna satdı - RƏSMİ

13:53

"Qarabağ"ın rəqibi "Vest Hem"in futbolçusunu aldı

13:36

İlin azarkeş rekordu

13:17

"Spartak" rəsmiləri Jedsonun transferini bitirmək üçün İstanbula gəlib

12:57

"Qalatasaray" Donnarummaya təklif göndərib

12:35

Keyta: "Hələ heç nə bitməyib" - AÇIQLAMA

12:08

Millimizin üzvünün yeni komandası bəlli oldu - DETALLAR

11:58

Millimiz Fransanı bu arenada qəbul edəcək

11:37

Millimizin üzvü növbəti matçına çıxdı

11:11

"Sumqayıt"dan Qazaxıstana

10:53

“Aris” - “Araz-Naxçıvan” oyununu bu kanal yayımlayacaq

10:36

Timoti Vea üçün “Marsell” və “Forest” yarışır

10:12

Dennis Man “Parma”dan ayrılmağa yaxındır

09:47

Xulio Ensiso “Qalatasaray”ın hədəfində

09:21

Frank Kessiyə “Fiorentina”dan təklif var

09:13

Tayris Con-Culs Xorvatiya klubu ilə danışıqlara yaxındır

23:47

Coşqun Diniyev "Çorum"dan ayrıldı - RƏSMİ

23:44

Joao Feliks "Əl-Nəsr"lə anlaşdı

23:23

İngiltərə millisi Avropa çempionu olub

22:29

"Adi vəziyyətlərdə səhvlər etdik" - Saşa İliç

22:18

"Yeni transferlərin edilməsi üçün çox çalışırıq" - Kaxaber Sxadadze

21:38

"İmişli" "Sabah"la qarşılaşdı

21:16

Bölgə klubu bu transferi bitirdi

20:37

Qurban Qurbanov bu futbolçuların "Qarabağ"dan ayrılmasına imkan vermədi

20:22

"Qəbələ" "Sumqayıt"a qalib gəldi

19:59

"Neftçi"nin oyunu ləğv olundu

19:34

"Fulhem" Sterlinqi hədəflədi

18:43

Gimnastlarımızın çıxışı ikinci yerə layiq görüldü

18:22

Müllerin yeni klubu bəlli oldu

17:49

"Bavariya"dan "Liverpul"a 75 milyon avro

17:25

"Mançester Siti"dən "Bayer"ə

16:44

"Zirə"nin rəqibindən yeni transfer

16:18

"Mançester Yunayted" qalib gəldi

15:32

"Səbail"in sabiq oyunçusu bu kluba keçdi

15:14

Konstantelias Almaniyaya gedə bilər

14:47

“Atletiko” futbolçusunu 24 milyon avroya satmağa razılaşdı

14:26

Luis Montyanunun transferi uğrunda 6 klub mübarizə aparır