Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la (İrlandiya) cavab oyununa çıxıb.
Sport1.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanmışdı.
Qurban Qurbanovun komandası bu cütün qalibi olduğu üçün ÇL-də 3-cü mərhələyə yüksəlməklə yanaşı, Konfrans Liqasında Liqa mərhələsini, Avroliqada isə pley-off-u təmin edib.
"Qarabağ" növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya) 1:0
Qol: Con Martin, 44-avtoqol
Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 3:0.
Sport1.az