Çempionlar Liqası / Manşet
15:29
30.07.2025
19
Bu gün “Qarabağ” doğma divarlar arasında ÇL II təsnifat mərhələsi çərçivəsinin cavab görüşündə “Şelburn”u qonaq edəcək. İlk oyunda 3:0 hesabıyla qalib gələn “köhlən atlar”ın cavab görüşündə işi asan olacaq?
Sualı Ceyhun Sultanova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Futbolda hər şey mümkündür. Gəlin reallıqları nəzərə alaq. 3 top geridə olandan sonra geridönüş etmək çətindir və bunu hər komanda edə bilməz. "Qarabağ" ilk qarşılaşmada darmadağınla qələbə qazanmaqla böyük üstünlük əldə edib. "Şelburn" qapısının toxunulmazlığını saxlamaqla 4 top vurması inandırıcı deyil. Onların hazırkı heyəti geridönüş etmək iqtidarında deyil. "Köhlən atlar" da sensasiyaya imkan verməyəcək. Qurban Qurbanovun komandası tədricən oyun üslublarını daha da mükəmməlləşdirərək irəliləyəcəklər".
MİRZƏ S.
Sport1.az