Almaniyanın "Bavariya" klubunun futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər müqaviləsi olan futbolçu ilə "Qalatasaray" maraqlanır. İstanbul təmsilçisi artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 25 yaşlı sağ cinah müdafiəçisinin hazırkı transfer dəyəri 32 milyon avrodur.
Qeyd edək ki, xorvatiyalı futbolçu ötən mövsüm 26 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az