Simon Banza karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, ötən mövsüm "Trabzonspor"da çıxış edən konqolu ilə "Beşiktaş" maraqlanır.
İstanbul təmsilçisi "Braqa" ilə danışıqlara başlayıb. Hücumçunun hazırkı dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, Banza ötən mövsüm 39 qarşılaşmada 22 qol vurub, 7 məhsuldar ötürmə edib.
Sport1.az