"Borussiya"nın vingeri Ceymi Gittens karyerasını başqa klubda davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu barədə "Kicker" məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı ingilislə "Bavariya" maraqlanır. Münhen klubu futbolçu üçün 64 milyon avro təklif etməyə hazırdır. Futbolçu "Çelsi"nin də maraq dairəsindədir. London klubu ona görə qarşı tərəfə 50 milyon avro təklif edib.
Qeyd edək ki, Gittens 2024/25 mövsümündə 49 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Borussiya" ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Sport1.az