Türkiyə Super Liqasının 37-ci turu çərçivəsində “Fənərbağça” “Hatayspor”un qonağı olub.Sport1.az xəbər verir ki, qarşılaşmada hesabı 27-ci dəqiqədə “sarı-lacivərtlilər” açıb. En-Nesri komandasını önə çıxarıb. 44-ci dəqiqədə Ertuğrul Çetinin topu öz qapısına gönddərməsi ilə oyunda tarazlıq bərpa olunub. 53-cü dəqiqədə Bilal Boutobba meydan sahiblərini önə keçirib. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Görkem Sağlam fərqi artırıb. Bu qoldan cəmi 3 dəqiqə sonra Conatan Okoronko komandasının 4-cü topunu İstanbul klubunun qapısından keçirib. Taliska əsas vaxta əlavə edilən 4-cü dəqiqədə rəqib qapısına yol tapsa da “Fənərbağça” məğlubiyyətdən xilas ola bilməyib.
Görüş “Hatayspor”un qələbəsi ilə başa çatıb - 4:2.
Sport1.az