“Fənərbağça”nın oyunçusu En-Nesri karyerasının rekorduna imza atıb.Sport1.az xəbər verir ki, mərakeşli hücumçu “Hatayspor”a qarşı oyunda fərqlənməklə bu mövsüm 19-cu qolunu vurub.
Beləliklə 28 yaşlı oyunçu oynadığı klublarda bir mövsüm ərzində ən çox qolunu “sarı-lacivərtli” formada vurmuş oldu.
Xatırladaq ki, En-Nesri karyerası ərzində “Sevilya”, “Leqanes”, “Malaqa” kimi komandalarda çıxış edib.
Sport1.az