İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Barselona” “ Vilyareal”ı qəbul edib. Sport1.az xəbər verir ki, oyunda hesabı 4-cü dəqiqədə qonaqlardan Ayoze Perez açıb. 38-ci dəqiqədə Lamin Yamal oyuna tarazlıq gətirib. İlk hissəyə əlavə edilən 5-ci dəqiqədə Fermin Lopez kataloniyalıları önə çıxarıb. 50-ci dəqiqədə Santi Komesana hesabı bərabərləşdirib. 80-cı dəqiqədə fərqlənən Tayon Bucanan qarşılaşmada yekun hesabı müəyyənləşdirib.
Beləliklə “Vilyareal” “Barsa”ya qalib gəlib - 2:3.
Sport1.az