Futbol / Çempionlar Liqası
09:01
12.03.2025
49
"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə PSJ-yə penaltilər seriyasında 1:4 hesabı (əsas vaxt 0:1) ilə uduzub.Sport1.az xəbər verir ki, İngiltərə təmsilçisinin ulduz futbolçusu Məhəmməd Salah matç bitdikdən sonra göz yaşlarını saxlaya bilməyib.
Misirli hücumçu Mersisayd klubunda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən yeganə oyunçu olub.
Paris təmsilçisinin qapıçısı Canluici Donnaruma digər zərbələri dəf edib.
Qeyd edək ki, PSJ 1/4 finalda "Aston Villa" - "Brügge" cütünün (ilk oyun 3:1) qalibi ilə üz-üzə gələcək.
Sport1.az