İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Çelsi” səfərdə “Nyukasl” ilə qarşılaşıb.Sport1.az xəbər verir ki, oyunda hesab 2-ci dəqiqədə açılıb. Sandro Tonali meydan sahiblərini önə çıxarıb. 35-ci dəqiqədə Nikolas Cekson qırmızı vərəqə almaqla “zadəganlar”ı azlıqda qoyub. 90-cı dəqiqədə Bruna Gimaraeş rəqiblərinin qapısından ikinci topu keçirməklə yekun hesabı müəyyənləşdirib.
“Nyukasl” “Çelsi”yə 2:0 hesabı ilə qalib gəlib.
Sport1.az