“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Hatayspor”a qarşı oyundan öncə “sarı-lacivərtlilər”in qapıçıları ilə bağlı maraqlı açıqlama verib.Sport1.az xəbər verir ki,təcrübəli mütəxəssis “Beinsports”a müsahibəsi zamanı son üç oyunda fərqli qapıçılara şans verəcəyini bildirib.
Portuqaliyalı çalışdırıcının sözlərinə görə, Dominik Livakoviçin yerinə bu gün meydana Ertuğrul Çetin çıxacaq. Növbəti turda baş tutacaq “Konyaspor”a qarşı oyunda isə İrfan Can Eğribayat qapını qoruyacaq.
Sport1.az