İtaliya A Seriyasının 37-ci turu çərçivəsində “Cenoa” “Atalanta”nı qəbul edib.Sport1.az xəbər verir ki, meydan sahibləri görüşdə 2 dəfə hesabda önə keçmələrinə baxmayaraq üstünlüyü qoruya bilməyiblər.
Oyunda hesabı 37-ci dəqiqədə “Cenoa”dan Andrea Pinamonti açıb. 47-ci dəqiqədə İbrahim Sulemana oyuna tarazlıq gətirib. 58-ci dəqiqədə Andrea Pinamonti həm özünün, həm də komandasının ikinci qolunu vurub. 63-cü dəqiqədə Daniel Maldini yenidən hesabı bərabərləşdirib. 89-cu dəqiqədə qonaqların heyətində fərqlənən Mateo Retequi yekun hesabı müəyyənləşdirib.
“Atalanta” qələbə qazanıb -2:3.
Sport1.az