Türkiyə Super Liqasının 37-ci turu çərçivəsində “Beşiktaş” “Rizespor”u qəbul edib.Sport1.az xəbər verir ki, oyunda hesabı 61-ci dəqiqədə Samet Akaydın açıb. Cəmi 3 dəqiqə sonra Joao Mario qarşılaşmaya tarazlıq gətirib. Matçın əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə qonaqların heyətində Ali Soe fərqlənməklə yekun hesabı müəyyənləşdirib.
Beləliklə görüş “Rizespor”un “Beşiktaş” üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Sport1.az