Portuqaliya çempionatının 34-cü turu çərçivəsində “Braqa” “Benfika”nı qəbul edib. Sport1.az xəbər verir ki, oyunda hesabı meydan sahibləri açıb. Rodriqo Zalazar 24-cü dəqiqədə rəqiblərinin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə fərqlənən Vangelis Pavlidis görüşə tarazlıq gətirib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, “Benfika” ötən tur “Sportinq” ilə görüşdən də bərabərliklə ayrılmışdı - 1:1.
Sport1.az