“Qalatasaray” mövsümün sonunda komandadan ayrılması gözlənilən Fernando Musleranın yerinə qapıçı axtarışlarını davam etdirir.Sport1.az xəbər verir ki, “Cim-Bom” “Santos”un “qapısı”nı qoruyan Qabriel Brazaonu da namizədlər arasına alıb. Bu barədə “TNT Sports” məlumat yayıb.
“Sarı-qırmızılar”ın Braziliya klubu ilə danışıqlar apardığı, amma hələ ki, rəsmi təklif göndərmədiyi qeyd olunub.
Bu mövsüm “Santos” forması ilə 19 oyuna çıxan 24 yaşlı qolkiper 25 qol buraxıb və 4 qarşılaşmada qapısından top buraxmayıb.
Sport1.az