Türkiyənin "Qalatasaray" klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.
Sport1.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul təmsilçisi uruqvaylı qolkiper Fernando Musleraya əvəzləyici tapıb. "Sarı-qırmızılar" Rumıniyanın FCSB komandasında çıxış edən Ştefan Tarnovanu ilə maraqlanır. Klub yayda 24 yaşlı oyunçu üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, Ştefan Tarnovanu cari mövsüm Bakıda "Qarabağ"a qalib gəldikləri (3:2) Avropa Liqası matçında sonadək meydanda olub.
Sport1.az