Mövsümə pis başlayan "Beşiktaş" Ole Qunnar Sulşerin baş məşqçi vəzifəsinə gəlməsi ilə yenidən "küllərindən doğdu".
Sport1.az xəbər verir ki, komandaya qalib gəlmək vərdişi aşılayan norveçli mütəxəssis statistikanı alt-üst edib.
Təcrübəli çalışdırıcının rəhbərliyi altında Super Liqada son 4 matçda qalib gələn İstanbul nəhəngi, 2015-ci ilin yanvar-fevral aylarından (Slaven Biliç) sonra ilk dəfə əcnəbi məşqçi ilə 4 oyunluq seriyaya imza atıb.
Sport1.az