“Gəncə” heyətini yeni basketbolçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, klub ABŞ-dən olan Andre Ballı heyətinə qatıb.
Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
206 sm boya malik basketbolçu “Gəncə”nin heyətində 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ball bundan əvvəl “Lənkəran” komandasında çıxış edib.
Sport1.az