Super Liqanın 26-cı turunda "Fənərbağça" "Antalyaspor"la qarşılaşıb.Sport1.az xəbər verir ki, qarşılaşmada İstanbul təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Bununla da, "sarı-lacivərtlilər" məğlubiyyətsizlik seriyasını 11-ə çatdırıb.
İstanbul nəhəngi 2025-ci ildə heç bir rəqibə uduzmayıb. "Fənərbağça" 11 görüşün 9-da qələbə qazanıb, 2-də heç-heçə edib.
Qeyd edək ki, Joze Mourinyonun komandası sonuncu dəfə 15-ci turda "Beşiktaş"a 0:1 hesabı ilə uduzub.
Sport1.az