Təcrübəli forvard karyerasını İtaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq "Napoli"nin üzvü Ciovanni Simyone ilə "Torino" və "Pisa" klubları maraqlanır. 30 yaşlı hücumçunun hazırkı transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, argentinalı ötən mövsüm meydana çıxdığı 33 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az