"Bolonya"nın futbolçusu Ştefan Poş karyerasını Almaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq müdafiəçiyə "Hamburq"dan maraq var. 28 yaşlı avstriyalının transfer dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, Poş ötən mövsümü icarə əsasında "Atalanta"da keçirib və 28 matçda fərqlənə bilməyib.
Sport1.az