İsveçrəli gənc müdafiəçi İtaliya nəhəngi ilə transfer gündəmindədir.
Sport1.az xəbər verir ki, "Yanq Boyz"un üzvü Zakari Atakame ilə "Milan" maraqlanır. 2029-cu ilə qədər müqaviləsi olan 20 yaşlı sağ cinah müdafiəçisinin transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, Atakame ötən mövsüm 43 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az